“Fukusima-1” AES-dən texniki suyun yeni partiyası okeana axıdılmağa başlayıb

08:21 - 26 Sentyabr 2024 - DÜNYA

.Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının administrasiyası bütün radioaktiv maddələrdən təmizləndiyi deyilən, lakin tərkibində hidrogenin radioaktiv izotopu olan tritiumdan az miqdarda olan texniki suyun doqquzuncu partiyasını okeana atmağa başlayıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə nüvə stansiyasının sahibi Tokyo Electric Power bildirib.

Vurğulanır ki, bu partiyadakı tritium tərkibi dövlət xidmətlərinin müfəttişləri və şirkətin özü tərəfindən yoxlanılıb və təhlükəsizlik standartlarına uyğundur.
 Xatırladaq ki, texniki suyun axıdılmasına 24 avqust 2023-cü il tarixindən başlanılıb.
Bu günə qədər yeraltı boru kəməri ilə Sakit okeana 62,6 min ton atılıb.

Xəbər xətti