Zelenski ABŞ-nın Ukraynaya hərbi yardım qərarını alqışlayıb

14:20 - 26 Sentyabr 2024 - DÜNYA

ABŞ Ukraynaya 7,9 milyard dollar ayırıb və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Biz bu yardımdan əsas ümumi məqsədimizə çatmaq üçün ən səmərəli və şəffaf şəkildə istifadə edəcəyik: Ukraynanın qələbəsi, ədalətli və davamlı sülh və transatlantik təhlükəsizlik", - prezident qeyd edib.

O əlavə edib ki, o, həmçinin Ukraynaya hərbi yardım göstərmək qərarını və daha çox F-16 pilotunun hazırlanması proqramının genişləndirilməsini yüksək qiymətləndirir.

Xəbər xətti