Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

17:20 - 26 Sentyabr 2024 - Cəmiyyət

Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib.

Zərəçəkmiş şəxs qismində Fikrət Balabəyovun həyat yoldaşı Arzu Balabəyova tanınıb.

Məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılıb. Əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

A.Balabəyova Bakıda özəl klinikaların birində həkim işləyir.

Xəbər xətti