Rusiya və Laosun birgə təlimləri başa çatıb

16:18 - 26 Sentyabr 2024 - DÜNYA

Primorsk diyarındakı Sergeevski poliqonunda keçirilən “Laros-2024” Rusiya-Laos hərbi təlimlərinin yekun mərhələsi şərti terrorçuların məhv edilməsi ilə başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Primorsk diyarında, Sergeevski birləşmiş silah poliqonunda Rusiya-Laos birgə “Laros-2024” hərbi təliminin final mərhələsi baş tutub.
Qeyd olunur ki, Rusiya Aerokosmik Qüvvələrinin hücum və ordu aviasiyası - Su-25 təyyarələrinin ekipajları, Ka-52 və Mi-8 AMTS helikopterləri irəliləyən düşmən ehtiyatlarını atəşə tutmaq üçün istifadə olunub.

Xəbər xətti