Paytaxtda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

11:02 - 26 Sentyabr 2024 - HADİSƏ

Bakıda yaşayış binasındakı yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, yanğını söndürməyə 4 yanğınsöndürən avtomobil, 16 nəfər canlı qüvvə cəlb olunub.

Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb.

10:10

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsindəki beşmərtəbəli binanın 5-ci mərtəbəsində qeydə alınıb.

Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Xəbər xətti