Çin ordusunun 34 təyyarəsi Tayvana yaxınlaşıb

07:33 - 26 Sentyabr 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 43 təyyarəsi və 8 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın X-dəki hərbi idarəsi məlumat yayıb.

Bildirilir ki, 34 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini hazır vəziyyətə gətirib. 

Xəbər xətti