Dünyanın ən yaşlı insanı məlum olub

08:12 - 5 İyul 2021 - MARAQLI

Puerto-Rik sakini olan Emilio Flores Markes hələ 113 yaşını tamam etməmişdən bir neçə həftə əvvəl ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb. APA xəbər verir ki, bu barədə “Guinness World Records” saytında bildirilib. Onun sözlərinə görə, uzun ömür sürmək üçün “sevgi bolluğu”nun olması və nifrətin olmaması vacibdir. Markes 8 avqust 1908-ci ildə Puerto-Rikonun şimal-şərq hissəsində anadan olub. Onunla yanaşı ailənin daha 10 övladı olub. O, uşaqlıqdan bəri ailənin qamış təsərrüfatında atasına kömək edirmiş: bitkiləri sulayır və şəkər qamışını daşınması üçün vaqonlara yükləyirmiş. Bundan başqa, ailənin ən böyük övladı kimi kiçik qardaşlarının qayğısına da qalmalı idi. Markes sonralar əkinçiliklə də məşğul olmağa başlayıb. O, 75 ildir evlidir, dörd övladı, beş nəvəsi və beş nəticəsi var, övladlarından yalnız ikisi hazırda sağdır. Qeyd edək ki, planetin buna qədərki ən yaşlı insanı 21 noyabr 1908-ci ildə anadan olan rumıniyalı Dumitru Komanesku hesab olunurdu. O, öz rekordunu öldüyü günə qədər (27 iyun 2020-ci il) bir aydan da az müddətdə əlində saxlaya bildi. Komanesku 111 il 219 gün ömür sürdü.

Xəbər xətti