Gəncədə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Baş İdarənin Dövlət Yol Polisi əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütədamadi olaraq reyd keçirilir. Sonuncu keçirilən belə reyd zamanı, şəhər sakini Ramin Əhmədov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, barələrində Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Tarix
14 Aprel 2021 [08:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-14 08:12:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin