Yaponiyanın mərkəzi hissəsində güclü tayfunun yaratdığı fəsadlar nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tokioya yaxın Kanagava və Çiba prefekturalarının polis orqanları məlumat yayıb.
Məlumata görə, güclü yağışların səbəb olduğu torpaq sürüşmələri 3 nəfərin ölümünə gətirib. Yağıntılar nəticəsində bir sıra əraziləri su basıb.
Havanın yaxşılaşmasına baxmayaraq, Tokio və ətrafında bir çox dəmir yolu xətlərində hərəkət hələ də dayandırılıb. Mütəxəssislər güclü yağışlardan sonra dəmir yolu infrastrukturu və avadanlıqların vəziyyətini yoxlayırlar.
Bəzi ərazilərdə iki gün ərzində yağıntının miqdarı 410 millimetri ötüb. Sentyabrın 20-də Yaponiyada 1,6 milyondan çox insana təhlükəsiz ərazilərə köçmək tövsiyə olunub.
