Meksikada ibtidai və orta məktəblərdə mobil telefonlardan və ekranlı digər elektron cihazlardan istifadəyə məhdudiyyət tətbiq ediləcək.
Ucnoqta.az xəbər verir ki, yeni qaydalar noyabrın 3-dən qüvvəyə minəcək. Bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında açıqlama verib.
Şeynbaumun sözlərinə görə, qərarın əsas məqsədi şagirdlərin yaradıcılıq qabiliyyətlərini bərpa etmək və ekranlardan, xüsusilə sosial şəbəkələrdən nəzarətsiz istifadənin mənfi təsirlərinin qarşısını almaqdır.
Yeni qaydalara əsasən, şagirdlər telefonlarını məktəbə gətirə biləcəklər, lakin dərslər və tənəffüslər zamanı onlardan istifadə etmələri qadağan olacaq. Telefonlara yalnız fövqəladə hallarda icazə veriləcək. Digər vaxtlarda cihazlar çantada saxlanılmalıdır.
