Bir çox insan səhər yuxudan oyanan kimi enerjili başlamaq üçün qəhvə içir. Lakin tərkibindəki kofein orqanizmin təbii kortizol ritminə təsir göstərə bildiyindən qəhvənin qəbul edildiyi vaxt önəm daşıyır.
Ucnoqta.az bildirir ki, kortizol orqanizmin stress reaksiyasında və oyaqlıq dövründə mühüm rol oynayan hormondur. Kofein bəzi insanlarda kortizol səviyyəsinin müvəqqəti yüksəlməsinə səbəb ola bilər. Buna görə qəhvəni yuxudan dərhal sonra içmək əvəzinə bir qədər gözləmək daha uyğun seçim hesab olunur.
Xüsusilə kofeinə həssas insanlarda səhərin erkən saatlarında qəhvə qəbul etmək ürəkdöyünmə, narahatlıq və mədə problemlərini artıra bilər. Bu səbəbdən yalnız qəhvənin içildiyi saata deyil, orqanizmin kofeinə reaksiyasına da diqqət yetirmək lazımdır.
Səhər qəhvəsindən tamamilə imtina etmək vacib deyil. Sadəcə, yuxudan oyanan kimi deyil, bir qədər sonra içmək, xüsusilə kofeinə həssas insanlar üçün daha rahat seçim ola bilər.
