29
2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 7-dək Rusiya Silahlı Qüvvələrinin ümumi döyüş itkiləri təxminən 1 milyon 497 min 980 nəfər təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində Rusiya ordusunun 1 540 hərbçisi zərərsizləşdirilib.
Baş Qərargahın məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun itkiləri təxminən belədir:
- 12 332 tank (+1);
- 25 284 zirehli döyüş maşını (+6);
- 49 311 artilleriya sistemi (+51);
- 2 103 reaktiv yaylım atəşi sistemi (+7);
- 1 609 hava hücumundan müdafiə vasitəsi (+4);
- 441 təyyarə;
- 355 helikopter;
- 2 516 yerüstü robot kompleksi (+9);
- 502 717 operativ-taktiki PUA (+1 473);
- 5 070 qanadlı raket;
- 35 gəmi və kater;
- 2 sualtı qayıq;
- 145 026 avtomobil və yanacaq çəni (+591);
- 4 647 xüsusi texnika (+3).
