4 sentyabr 2026-cı il üçün bütün bürclərə ulduz falı açıqlanıb.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər verir ki, gün insanın öz istəklərinə diqqətlə yanaşmasını və əvvəllər tərəddüd etdiyi məsələlərdə daha cəsarətli davranmasını tələb edəcək. Bəzi bürclər mövqelərini möhkəmləndirəcək, digərləri isə pul, münasibətlər və gündəlik həyat tərzinə yanaşmalarını yenidən nəzərdən keçirəcəklər.
Qoç
Özünüzü təbii lider kimi hiss edəcək və fikirlərinə qulaq asılan şəxsə çevrilə biləcəksiniz. İdeyalarınız, xüsusilə onları açıq və inamlı şəkildə ifad etsəniz, dəstək qazanacaq. Təşəbbüskarlığınız diqqətdən yayınmayacaq. Vacib bir işə rəhbərlik etmək, vəzifələri bölüşdürmək və ya effektiv həll təklif etmək imkanınız olacaq. Bacarıqlarınıza nə qədər az şübhə etsəniz, istədiyiniz nəticəyə çatmaq bir o qədər asan olacaq.
Buğa
Maliyyə məsələləri diqqət mərkəzində olacaq. Xərclərinizə nəzər salaraq artıq ehtiyacınız olmayan alış-veriş, abunəlik və ödənişləri müəyyən edə bilərsiniz. Büdcənizi əvvəlcədən planlaşdırmaq və nə qədər xərcləyəcəyinizi müəyyənləşdirmək maliyyə vəziyyətinizə nəzarəti artıracaq. Əyləncə və əlavə alış-verişi əsas maliyyə məsələlərini həll etdikdən sonraya saxlamaq daha məqsədəuyğundur.
Əkizlər
Sosial baxımdan güclü mövqedə olacaqsınız və ətrafınızdakı insanların diqqətini asanlıqla cəlb edəcəksiniz. İnsanlar məsləhət almaq üçün sizə daha çox müraciət edə bilərlər. Danışıqlarda düzgün ifadələr tapmaq və qarşı tərəfi təzyiq göstərmədən inandırmaq bacarığınız ön plana çıxacaq. Öz intuisiyanıza güvənmək mühüm qərarlar qəbul etməyə kömək edəcək.
Xərçəng
Bir müddət xarici aləmdən uzaqlaşmaq və hər kəs üçün əlçatan olmamaq istəyəcəksiniz. Mesajlara dərhal cavab verməmək, qrup söhbətlərində daha az iştirak etmək və sakit vaxt keçirmək sizə yaxşı təsir göstərəcək. Başqalarının problemlərini daim həll etmək məcburiyyətində olmadığınızı xatırlamalısınız. Kiçik fasilə daxili tarazlığınızı bərpa etməyə kömək edəcək.
Şir
Vaxtınızı və diqqətinizi kimə ayırdığınıza daha seçici yanaşacaqsınız. Enerjinizin sonsuz olmadığını anlayaraq qarşılıqsız münasibətləri daha tez fərq edəcəksiniz. Bəzi əlaqələr tədricən arxa plana keçə bilər. Bununla belə, tamamilə təcrid olunmağa ehtiyac yoxdur. Əksinə, ünsiyyət maraqlı təəssüratlar gətirəcək. Yeni tanışlıq və ya gözlənilməz söhbət sizi heç gözləmədiyiniz nəticəyə gətirə bilər.
Qız
Göstərdiyiniz səylərə görə layiqli şəkildə qiymətləndiriləcəksiniz. Əvvəllər çətin görünən iş və ya uzun müddət davam edən problem konkret nəticə verməyə başlayacaq. Tərif eşidəndə uğurunuzu kiçiltməyin və hər şeyi təsadüflə əlaqələndirməyin. Əldə etdiyiniz nəticə gələcəkdə daha böyük məqsədlərə yönəlmək üçün yaxşı zəmin yaradacaq.
Tərəzi
Özünüzə aid qərarlarda başqalarının razılığını gözləməyi dayandıracaqsınız. Səyahət etmək istəyirsinizsə, uyğun reysləri araşdırıb marşrut hazırlaya, təhsil almaq istəyirsinizsə, kurs və proqram seçərək ilk addımı ata bilərsiniz. Əsas dəyişiklik daxili azadlıq hissi ilə bağlı olacaq. Öz planlarınızı başqalarının onları başa düşüb-düşməyəcəyindən asılı vəziyyətə salmayın.
Əqrəb
Maliyyə məsələlərində maksimum aydınlıq tələb olunacaq. Əgər pulunuzu tərəfdaşınız, qohumunuz və ya başqa biri ilə bölüşürsünüzsə, ümumi vəsaitin necə idarə olunduğunu əvvəlcədən dəqiqləşdirin. Məbləğlər, öhdəliklər və planlarla bağlı suallar verməkdən çəkinməyin. Sizi narahat edən maliyyə razılaşması varsa, sərhədlərinizi açıq şəkildə müəyyən edə bilərsiniz.
Oxatan
Həyatınızın vacib sahələrindən birində hər şeyin normal getdiyini göstərmək artıq mümkün olmayacaq. Xüsusilə yaxın münasibətlərdə uzun müddətdir təxirə salınan problem gündəmə gələ bilər. Öz ehtiyaclarınızı açıq şəkildə ifadə etməli və hansı məsuliyyəti daşımağa hazır olduğunuzu müəyyənləşdirməlisiniz. Münasibətin qorunması üçün bütün yükün yalnız sizin üzərinizdə olduğunu hiss edirsinizsə, qarşı tərəfin də məsuliyyət götürməsini tələb etməyin vaxtıdır.
Oğlaq
Gündəlik rejiminizə yenidən nəzər salacaq və əslində sizin məsuliyyətiniz olmayan işlərə nə qədər vaxt ayırdığınızı görəcəksiniz. Səmərəsiz vərdişlərdən tədricən imtina edə bilərsiniz. Xüsusilə işdə həmkarlarınızın səhvlərini düzəltmək və onların yükünü daim üzərinizə götürmək istəməyəcəksiniz. Öz vaxtınızın da dəyərli olduğunu xatırlamaq vacibdir.
Dolça
Ətrafınızdakı insanlardan xüsusi səy göstərmədən seçiləcəksiniz. Başqalarında necə təəssürat yaratdığınızı düşünməkdənsə, baş verənlərdən zövq almağa üstünlük verəcəksiniz. Maraqlı layihəyə baş qoşa, sevdiyiniz işlə məşğul ola və ya fürsət yaranarsa görüşə razılaşa bilərsiniz. Təbii davranışınız əsas üstünlüyünüz olacaq. Heç kimə nəyisə sübut etməyə çalışmadığınız üçün diqqəti daha çox cəlb edəcəksiniz.
Balıqlar
Ev sizin üçün yenidən güc topladığınız və özünüzü təhlükəsiz hiss etdiyiniz məkana çevriləcək. Uzun müddətdir təxirə saldığınız bəzi məişət problemlərini həll etmək üçün yaxşı fürsət yaranacaq. Mebellərin yerini dəyişmək, lazımsız əşyalardan qurtulmaq və ya sadəcə səliqə-sahman yaratmaq evdəki atmosferi dəyişə bilər. Bununla yanaşı, ailə üzvü və ya birlikdə yaşadığınız insanla açıq söhbətə ehtiyac yarana bilər. Narahat edən məsələləri daha çox təxirə salmayın.
