21
ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinin dekabrda ABŞ-da keçiriləcək “Böyük iyirmilik” (G20) sammitinə dəvət olunması məsələsini hələ nəzərdən keçirmədiyini deyib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə GB News telekanalına müsahibəsində danışıb.
“Mən hələ bu barədə düşünməmişəm”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, The Washington Post aprelin sonunda Dövlət Departamentindəki mənbələrə istinadən Trampın Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu yazmışdı. Zirvə görüşünün dekabrın 14-15-də Mayami yaxınlığındakı Doraldakı ərazidə keçirilməsi planlaşdırılır.
Tramp daha sonra jurnalistlərə mümkün sammitdə Rusiya liderinin iştirakının “çox faydalı” ola biləcəyini bildirmişdi.
