24
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran üzərində tezliklə qələbə qazanacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə GB News telekanalına müsahibəsində danışıb.
“Biz qalib gələcəyik. Bu, tezliklə baş verəcək, çünki artıq qalib gəlmişik. Onların nüvə silahına malik olmasına imkan vermək olmaz”, – deyə o bildirib.
ABŞ lideri həmçinin İrana qarşı zərbələr endirmək qərarının doğru olduğunu iddia edib. Onun sözlərinə görə, ABŞ bu addımı atmasaydı, Tehran “iki, bəlkə də dörd həftə” ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını söyləyib.
Eyni zamanda, ABŞ Prezidenti ölkəsinin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Hörmüz boğazına nəzarət etdiyini bildirib.
