26
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində ölkə prezidentlərinin öz reytinqini dərc edib və özünü siyahının ən yuxarı pilləsində, ayrıca “Ən möhtəşəmlər” kateqoriyasında yerləşdirib.
Ucnoqta.az xəbər verir ki, o, “Böyük” prezidentlər sırasına Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonu daxil edib.
“Ən pis” prezidentlər sırasında isə Trampın hər iki sələfi – Co Bayden və Barak Obama, həmçinin Uillis Qrant, Uorren Hardinq və Cimmi Karter yer alıb.
