32
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri üçün hələ dəqiq tarix müəyyən edilməyib.
Ucnoqta.az bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə bildirib. Peskov qeyd edib ki, Uitkoff və Kuşner həm Rusiya tərəfdəki həmkarları, həm də prezident Vladimir Putin üçün Moskvada hər zaman arzuolunan qonaqlardır.
