32
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun hakimiyyəti dövründə Qarabağla bağlı əlavə maliyyələşməyə təxminən 1 milyard dollar vəsait ayrılıb.
Ucnoqta.az xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı keçirdiyi brifinqdə danışıb. O, Qarabağla bağlı qəbul etdiyi qərarların Ermənistanı “tələdən çıxardığını” iddia edib.
Baş nazir həmin qərarlarla fəxr etdiyini və Ermənistan xalqının da bu mövqeyi bölüşdüyünü bildirib.
