25
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla ərazi məsələlərinin hərbi yolla həll olunmasını istisna edib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, o, bu məsələnin artıq geridə qaldığını və bağlanmış səhifə olduğunu bildirib. Bununla yanaşı, Paşinyan anklavlar probleminin mövcudluğunu təsdiqləyərək, məsələnin həll edilməsinin zəruriliyini vurğulayıb.
