24
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Cəməl Mahmud Əbu Kamilin öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, Əbu Kamil Qəzza şəhəri ərazisinə endirilən hava zərbəsi nəticəsində öldürülüb. İsrail tərəfi onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak edən şəxslərdən biri olduğunu bildirib.
Ordunun açıqlamasında Əbu Kamilin sonrakı dövrdə, o cümlədən son aylarda Qəzza zolağında HƏMAS tərəfində döyüşlərdə iştirak etdiyi qeyd olunub.
