24
Misirin paytaxtı Qahirədə ticarət mərkəzində helium balonunun partlaması nəticəsində azı 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin məlumatına görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib.
Misir Daxili İşlər Nazirliyi hadisənin Arabella Plaza ticarət mərkəzindəki hədiyyə mağazasında baş verdiyini bildirib. Partlayışdan sonra mağazada yanğın başlayıb və yanğınsöndürənlər alovu söndürüblər.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.
