47
İngiltərənin Şərqi Susseks qraflığında, Lyuis şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, Cənub-Şərqi İngiltərə Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, yaralılardan ikisinin vəziyyəti ağırdır, digər 9 nəfər isə daha yüngül xəsarətlər alıb. Yaralılara hadisə yerində tibbi yardım göstərilib, bəziləri isə xəstəxanalara aparılıb.
Londondan İstborn şəhərinə hərəkət edən qatarda təxminən 150 sərnişinin olduğu bildirilir.
Hadisə İngiltərənin cənubunda dəmir yolu nəqliyyatının hərəkətinə də təsir göstərib. Qatarların gecikməsi və ləğv olunması gözlənilir. Sərnişinlərə günün sonunadək mümkün qədər səfərlərdən çəkinmək tövsiyə olunub.
