UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Kiyev “Dinamo”su arasında cavab qarşılaşması keçirilib.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Jali Muaddib “Qarabağ”ı hesabda nə keçirib. Oyunun 69-cu dəqiqədə Aleksey Kaşuk hesabı artırıb 2:0.
Oyun bu hesabla da yekunlaşıb. İki oyunun nəticəsinə görə, Ağdam klubu Konfrans Liqasının pley-offuna yüksəlib.
Polşada keçirilən ilk görüşdə “Dinamo” minimal hesabla – 1:0 qalib gəlmişdi.
Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00.”Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0
Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun – 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
