28
Biləsuvarda kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri arasında yaranan mübahisə zamanı bir kişi bıçaqlanıb.
Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.///apa
