32
Yaponiya Prezidenti Vladimir Putinin Cənubi Kuril adalarından İturupa səfəri ilə bağlı Rusiyaya qəti etirazını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Yaponiya Rusiya prezidentinin İturupa səfəri ilə bağlı “qəti etirazını” Moskvaya çatdırıb.
Yaponiya Kuril adalar silsiləsinin dörd adasını özünün “Şimal əraziləri” hesab edir. Tokyo bu adaların Rusiya tərəfindən idarə olunmasını tanımır.
