“Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ucnoqta.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda Ukraynanın “Dinamo” klubu ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk görüşdə “Qarabağ” 0:1 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün cavab oyununda qələbə qazanmalıdır.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust, 20:00
“Qarabağ” – “Dinamo”
Baş hakim: Stüart Attvell
Baş hakimin köməkçiləri: İan Hussin, Nik Qrinhalq
Dördüncü hakim: Lyuis Smit
VAR: Peter Bankes
AVAR: Ceyms Bell
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
