34
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Bab əl-Məndəb boğazında “Tihama” kommersiya gəmisinə yaralıların təxliyəsi zamanı yenidən raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmən Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, xilasedicilər gəminin heyətinə çatmağa və yaralıları təxliyə etməyə çalışarkən husilər xilasetmə əməliyyatını pozmaq məqsədilə daha bir raket atıblar.
Təkrar atəş nəticəsində xilasedici briqadanın bir üzvü yaralanıb.
Bundan əvvəl gəmi üç ballistik raketlə vurulub. Hücum nəticəsində dörd dənizçi həlak olub.
