26
Todd Blanş ABŞ-ın ədliyyə naziri və baş prokuroru vəzifəsində rəsmi olaraq fəaliyyətə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Blanş bazar ertəsi ABŞ-ın baş prokuroru vəzifəsinə rəsmən and içib.
Bundan əvvəl ABŞ Konqresinin Senatı Blanşın Ədliyyə Nazirliyinə rəhbər vəzifəyə namizədliyini minimal səs çoxluğu ilə təsdiqləyib.
Blanş apreldən etibarən quruma müvəqqəti rəhbərlik edib. İyunda isə ABŞ Prezidenti Donald Tramp onu bu vəzifəyə daimi əsasda təyin etmək qərarına gəlib.
