32
Braziliyada itkin düşmüş Tokio Olimpiadasının iştirakçısı, marafonçu Daniel Ferreyra sağ-salamat tapılıb və ailəsinə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Expressen nəşri məlumat yayıb.
Məlumata görə, idmançı anasının yanına qayıdıb. Onun necə tapıldığı və geri qayıtmasının təfərrüatları açıqlanmayıb.
Daniel Ferreyra sonuncu dəfə iyunun 19-da, yerli vaxtla saat 19:00 radələrində San-Paulu ştatının Barra-Funda bələdiyyəsində yerləşən evindən çıxarkən görülmüşdü.
İdmançının anası həmçinin bildirmişdi ki, Daniel Ferreyranın psixi sağlamlığı ilə bağlı problemləri var.
