Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 22 sentyabr tarixli məlumatına görə, müharibənin başlanmasından bəri Rusiya tərəfinin şəxsi heyət üzrə itkiləri təxminən 1 milyon 520 min 880 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, məlumata əsasən, son sutkada daha 1 230 hərbçinin itirdiyi bildirilir.
Hesabata görə, Rusiya tərəfinin itkiləri arasında 12 364 tank, 25 374 zirehli döyüş maşını, 50 184 artilleriya sistemi, 2 151 reaktiv yaylım atəş sistemi, 1 663 hava hücumundan müdafiə vasitəsi, 442 təyyarə və 356 helikopter də göstərilir.
Bundan başqa, 529 134 operativ-taktiki PUA, 5 111 qanadlı raket, 152 173 avtomobil və yanacaq çəni, həmçinin 4 733 xüsusi texnikanın məhv edildiyi qeyd olunur.
Ukrayna tərəfi bildirir ki, döyüş itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
