31
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-dakı keçmiş səfir Lilit Makuntsu Baş nazir Aparatının rəhbəri vəzifəsinə təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında dərc olunan sərəncamlarda bildirilib.
Sərəncama əsasən, Lilit Makunts əvvəlcə baş nazirin baş müşavirinin səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsindən azad edilib. Ardınca o, Baş nazir Aparatının rəhbəri təyin olunub.
Qeyd edək ki, Lilit Makunts 2021–2026-cı illərdə Ermənistanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb. Bu təyinat Nikol Paşinyanın yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra imzaladığı ilk sərəncam olub.
