28
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu ABŞ-ın sanksiyalarına baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Gallant barəsində çıxarılmış həbs orderlərini geri götürməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BCM prokurorunun səlahiyyətlərini icra edən şəxs bildirib.
Qeyd olunub ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar məhkəmənin Netanyahu və Gallantla bağlı qərarlarına təsir göstərməyib.
