27
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, ANAMA-dan bildirilib ki, 14–20 sentyabr 2026-cı il tarixlərində həyata keçirilən əməliyyatlar zamanı 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina və 745 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb.
Hesabat həftəsində ümumilikdə 1 014 mina və PHS aşkarlanıb.
Aparılan minatəmizləmə işləri nəticəsində 1 840,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
