28
İspaniyada baş nazir Pedro Sançesin həyat yoldaşı Begoña Qomeslə bağlı iş üzrə məhkəmə baxışının mahiyyəti üzrə dinləmələrin keçirilməsi qərara alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə məhkəmənin TASS-ın sorğusuna cavab olaraq təqdim etdiyi sənəddə bildirilib.
Sənədə əsasən, Qomes barəsində işi andlılar məhkəməsinin iştirakı ilə mahiyyəti üzrə araşdırmaq qərara alınıb. O, vəzifə və əlaqələrindən istifadə etməkdə və vəsaitlərin mənimsənilməsində şübhəli bilinir.
Qeyd edək ki, Begoña Qomeslə bağlı araşdırma 2024-cü ildə başlayıb.
