Çin Prezidenti Si Cinpinin ABŞ-yə qarşıdakı səfəri zamanı amerikalı həmkarı Donald Trampla ikitərəfli münasibətləri, eləcə də qlobal sülh və inkişafla bağlı mühüm məsələləri müzakirə edəcəyi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciaqin bildirib.
Onun sözlərinə görə, görüş zamanı Çin-ABŞ münasibətləri ilə yanaşı, dünya sülhü və inkişafına dair mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
“Yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətinin müəyyənləşdirilməsində əvəzsiz strateji rol oynayır”, – deyə nazirlik nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Si Cinpin və Donald Trampın növbəti görüşünün sentyabrın 24-də Vaşinqtonda keçirilməsi planlaşdırılır. Reuters-in məlumatına görə, gündəmdə ticarət, Tayvan, İran münaqişəsi, süni intellekt və digər məsələlərin də olması gözlənilir.
