24
İranın Hərbi Dəniz Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatını ölkənin cənubunda, Sərik sahillərində yerləşən Kuhestak bölgəsində vuraraq məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İranın dövlət teleradio şirkətinin yaydığı açıqlamada bildirilir ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinə daxil olan yeni sistem vasitəsilə aşkarlanaraq vurulub.
İran ordusu ölkənin ərazi bütövlüyünü, dəniz sərhədlərini və milli maraqlarını qorumaq üçün qətiyyətlə hərəkət edəcəyini bəyan edib.
