ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynanın Rusiyadakı neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı Zelenskidən Rusiyanın neft emalı obyektlərinə hücumları dayandırmasını dəfələrlə istəyib.
Nəşrin mənbəsinin sözlərinə görə, Tramp bu zərbələrin dünya bazarında dizel yanacağının qiymətinin artmasına təsir etdiyini bildirib. Mənbə telefon danışığı zamanı “dizel” sözünün dəfələrlə səsləndiyini qeyd edib.
Tramp daha əvvəl də Ukraynanın Rusiyadakı dizel yanacağı ilə bağlı obyektlərə zərbələri dayandırmasını istəyib və bu hücumların yanacaq qıtlığına təsir etdiyini bildirib.
Ağ Ev isə telefon danışığının məzmunu ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Zelenski daha əvvəl Tramp ilə telefon danışığında Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı. Tərəflərin görüşünün BMT Baş Assambleyası çərçivəsində keçirilməsi gözlənilir.
