Böyük Britaniyada buxar qatarı 58 ildən sonra ilk dəfə insanın ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Hadisə noyabrın 11-də Londonun qərbində yerləşən Hanvell stansiyasında baş verib. Yerli vaxtla saat 06:30 radələrində 34028 Eddystone adlı turistik buxar lokomotivi relslərin üzərində olan şəxsi vurub.
Lokomotiv Sautoll deposundan Londonun Viktoriya vağzalına doğru hərəkət edirdi. Qatar oradan sərnişinləri götürərək İngiltərənin cənubundakı Kent qraflığının şəhərlərinə səfər etməli idi.
Qəzetin məlumatına görə, xüsusi reys Birinci Dünya müharibəsinin başa çatmasını rəsmiləşdirən Kompyen barışığının ildönümü – Barışıq Günü münasibətilə həlak olmuş britaniyalı hərbçilərin xatirəsinə həsr olunmuşdu.
Hadisədən sonra qatarın səfəri ləğv edilib.
