29
Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində baş verən silahlı hücum nəticəsində Suriya ordusunun bir hərbçisi həlak olub, daha iki hərbçi yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin şərqində yerləşən Cədid-Bəkara yaşayış məntəqəsində baş verib. Motosikletlə hərəkət edən naməlum şəxslər hərbçilərə atəş açıblar.
Hücum edənlərin kimliyi barədə məlumat verilməyib.
