27
Ermənistanda Qafan-Gorus yolunda mikroavtobusun aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobusda Gorus şəhərindəki Aksel Bakunts adına məktəbin 11-ci sinfində təhsil alan 15 şagird və 6 valideyn olub.
Məlumata görə, qəza nəticəsində 7 şagird müxtəlif dərəcəli xəsarətlərlə Gorus Tibb Mərkəzinə yerləşdirilib.
Hadisənin səbəbləri və yaralıların son vəziyyəti barədə əlavə məlumat verilməyib.
