38
Ukraynanın Kiyev vilayətində, Boyarka şəhərində anbarların yerləşdiyi ərazidə partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, partlayışın hansı anbara aid olduğu və hadisə nəticəsində dağıntı və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Qeyd olunur ki, gün ərzində Kiyev vilayətində anbarların yerləşdiyi ərazilərdə artıq bir neçə partlayış baş verib.
Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
