28
ABŞ-nin baş prokuroru və ədliyyə naziri Todd Blanş son bir neçə aydır Vaşinqton dairəsində yerləşən hərbi bazada yaşayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətləri baş prokurorun hərbi bazaya köçməsinin səbəbini açıqlamayıblar. Onun konkret olaraq hansı hərbi obyektdə yaşadığı da məlum deyil.
Qeyd olunur ki, Blanş ABŞ administrasiyasının hərbi obyektə köçürülən yeganə nümayəndəsi deyil. Bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio da Vaşinqtondakı hərbi bazalardan birinə köçüblər.
Son vaxtlar maliyyə naziri Skott Bessent də İran tərəfindən təhdidlər aldığı iddiası ilə hərbi obyektdə yaşamağa başlayıb.
