İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutda onlarla etirazçı yerli parlamentin deputatı Xuliya Ferrerasın avtomobilini daş və yumurta atəşinə tutub.
Ucnoqta.az xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, aksiya şəhərə miqrantlara humanitar yardım paylamaq niyyətində olduğunu açıqlayan bir assosiasiyanın gəlməsinə etiraz olaraq təşkil edilib.
Etirazçılar limanda bərə ilə gələn avtomobillərin çıxmasını gözləyiblər. Ferrerasın avtomobilini görən iştirakçılar onun üzərinə müxtəlif əşyalar atmağa və hərəkətinə mane olmağa çalışıblar. Bildirilir ki, deputat həmin assosiasiya ilə əlaqəli deyil.
Milli polis əməkdaşları müdaxilə edərək deputatın avtomobilini ərazidən müşayiət etməli olublar. Hadisə ilə bağlı azı iki nəfər saxlanılıb.
Qeyd olunur ki, insident Seutədə miqrant axınının artması fonunda sosial gərginliyin yüksəldiyi bir vaxtda baş verib.
