30
ABŞ Prezidenti Donald Tramp Ağ Evin cənub çəmənliyində yeni helikopter meydançasının açılışını edib.
Ucnoqta.az xəbər verir ki, mərasim Ağ Evin mətbuat xidməti tərəfindən canlı yayımlanıb.
Videogörüntülərə əsasən, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına uçmazdan əvvəl helikopter meydançasına aparan daş döşənmiş yolda lent kəsib. Mərasim tikinti işlərinin aparılmasında iştirak edən şəxslərin iştirakı ilə keçirilib.
Tədbir Trampı gözləyən yeni prezident helikopteri VH-92A Patriotun fonunda baş tutub. ABŞ lideri mərasim zamanı iştirakçılara qısa çıxış edib.
