28
Cənubi Koreya Dəniz Piyadaları Korpusunun bölmələri Sarı dənizdə, KXDR-ə yaxın adalarda döyüş atışları ilə hərbi təlim keçirib.
Ucnoqta.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, planlı xarakter daşıyan təlimlər Baeknyondo və Yeonpyeongdo adalarında, Seulun KXDR ilə faktiki dəniz sərhədi hesab etdiyi Şimal sərhəd xəttinin yaxınlığında baş tutub.
Təlim zamanı hərbçilər şərti hədəflərə təxminən 200 mərmi atıblar. Atışlarda K9 özüyeriyən artilleriya qurğuları və “Çunmu” reaktiv yaylım atəş sistemləri istifadə olunub.
