20
Günəşdə ümumi aktivliyin azalması fonunda gecə saatlarında gözlənilmədən güclü alışma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, gecəyarısı radələrində Günəşin 4566 nömrəli əsas aktiv bölgəsində M sinfinə aid alışma baş verib. Hadisə güclü alışmalar qrupuna daxil olsa da, onun gücü M1.7 səviyyəsində olub. Bundan sonra daha aşağı C sinfinə aid bir neçə alışma da qeydə alınıb.
