25
İran ABŞ-nin hücumlarını yenidən bərpa edəcəyi təqdirdə regiondakı daha əvvəl hədəfə alınmayan Amerika obyektlərinə zərbələr endirəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi danışıb.
Onun sözlərini “Fars” agentliyi yayıb. Möhebi bildirib ki, növbəti mümkün qarşıdurmada İranın hədəfləri əvvəlkilərdən fərqlənəcək:
“Bizim hədəflərimiz artıq əvvəlki kimi olmayacaq. Zərbə endirilməyən yeni hədəflərimiz var”.
SEPAH nümayəndəsinin sözlərinə görə, dəyişikliklər müharibənin coğrafiyasına, istifadə olunan silahlara və hərbi texnikaya da aid olacaq.
“Yeni imkanlara malik yeni silahları döyüş meydanına çıxaracağıq və dünya heyrətə gələcək”, – deyə o qeyd edib.
