1
Venesuela prezidenti Nikolas Maduronun Rusiya Federasiyasına səfəri 2023-cü ilin sonuna qədər baş tutmasa da, gündəmdə qalır, tarixləri razılaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Maduronun səfərinin tarixləri razılaşdırılır; indi deyə bilərik ki, bu, ilin sonundan əvvəl baş tutmayacaq”, – Kreml sözçüsü bildirib.
O, “bu səfərin gündəmdə olduğunu” vurğulayıb. "Tarixlər razılaşdırılan kimi bu səfər baş tutacaq", – Peskov əmin edib.///tass
