46
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk matçını keçirəcək.
Ucnoqta.az xəbər verir ki, Ağdam klubu mərhələnin ilk oyununda Niderlandın “Tvente” komandası ilə qarşılaşacaq. Enşededə yerləşən “De Qrolş Veste” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İki komanda arasındakı cavab oyunu 27 avqustda Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
UEFA Konfrans Liqası, pley-off – ilk oyun
20 avqust
22:00 — “Tvente” – “Qarabağ”
Baş hakim: Cuxin Caca (Albaniya)
Stadion: “De Qrolş Veste”, Enşede
