35
ABŞ Quru Qoşunları “Apache” tipli AH-64 helikopterlərinin təlim uçuşlarını yenidən başladıb.
Ucnoqta.az xəbər verirki, qərar Texas ştatında bu tip helikopterlərdən birinin qəzaya uğramasından sonra uçuşların müvəqqəti dayandırılmasından bir neçə gün sonra qəbul edilib. Quru Qoşunlarının açıqlamasında bildirilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma davam etsə də, komandanlıq “Apache” helikopterlərinin istismarının davam etdirilməsini təhlükəsiz hesab edib.
Avqustun 12-də Texasın mərkəzi hissəsində AH-64 helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan iki nəfər həyatını itirib.
Bunun ardınca ABŞ Quru Qoşunları avqustun 14-də “Apache” helikopterlərinin təlim uçuşlarını dayandırmışdı.
